İyun 09, 2018 09:05 Asia/Baku
  • Amerikada odlu silahlar can almaqda davam edir
    Amerikada odlu silahlar can almaqda davam edir

Cümə axşamı Amerikanın müxtəlif məntəqələrində çıxan silahlı insidentlərdə 22 nəfər həlak olub, 52 nəfər isə xəsarət alıb.

Amerikada odlu silahdan istifadə edilərək törədilən zorakılıq hallrı üzrə statistik məlumatların toplanıldığı mərkəzin bildirdiyinə görə, əsasən Kaliforniya, Kentaki, Nyu Meksiko və Tensi ştatları silahlı zorakılıqların şahidi olublar. 

Bu məlumata görə, ötən 48 saat ərzində Birləşmiş Ştatlarda 199 silahlı zorakılıq halı qeydə alınıb. Nəticədə 53 nəfər həlak olub, 109 nəfər isə xəsarət alıb. 

Hər il Amerikada minlərlə insan odlu silahdan istifadə edilərək törədilən zorakılıq hallarında həyatını itirir və ya xəsarət alır. 

Amerikada silah lobbisinin ABŞ hökuməti və Konqresdə güclü nüfuza malik olması insan haqları müdafiə çilərinin odlu silahların satışı, saxlanılması və daşınması üzrə hansısa güclü nəzarət qanunu ilə bağlı hansısa qərarın qəbul edilməsini imkansız edir. 

Teqlər