ABŞ-ın 16 iri şəhərində Beynəlxalq "Qüds Günü" yürüşləri təşkil edilib
Müqəddəs Ramazan ayının sonuncu cüməsində ABŞ vətəndaşları da Qüds Günü yürüşlərində iştirak edərək, Fələstin xalqını dəstəkləyiblər.
Müqəddəs Ramazan ayının sonuncu cüməsində ABŞ vətəndaşları Qüds Günü yürüşlərindəiştirak edərək, Fələstin xalqı və Qüdsün müdafiəsinə təkid ediblər.
Xüsusilə Vaşinqton və daha 16 iri şəhərdə yaşayan müsəlmanlar dünən cümə günü Qüds Günü yürüşlərində iştirak ediblər.
Vaşinqtonun Düpont meydanında keçirilən Qüds Günü yürüşündə yüzlərlə müsəlman amerikalı, fələstinli qrupların rəhbərləri, tələbələr, Amerikada yaşayan iranlılar habelə, siyasi və ictimai fəallar iştirak ediblər.
Vaşinqton müsəlmanları cümə namazında iştirak etdikdən sonra Vaşinqton İslam Mərkəzinin imam camaatı Məhəmməd Əl-Asinindəvətiilə Düpont meydanına doğru yürüş ediblər.
Yürüş iştirakçılarının əllərində üzərinə "Ədalət hamı üçün, Netanyahuya daha bir müharibə izni veriləcəkmi?, Qəzzəni azad edin, Cənubi Afrikadakı dünənki Aparteid bu gün Fələstindəki reallıq, Fələstin üçün ədalət, Yəhudilər sionizmə qarşıdır" şüarları yazılıb.
Yürüş iştirakçıları həmçinin Düpont meydanının ətrafına İsrail rejiminin son cinayətlərinə dair fotoşəkillər asıblar.
Bu mərasimdə müsəlmanlarilə yanaşı xristiyan və yəhudi fəallar da iştirak və çıxış ediblər.