İyun 10, 2018 09:52 Asia/Baku
  • Lavrov Trampın Rusiyanın G7 qrupuna qayıtması xahişinə cavab verib
    Lavrov Trampın Rusiyanın G7 qrupuna qayıtması xahişinə cavab verib

Rusiyanın xarici işlər naziri ABŞ prezidentinin Rusiyanın G7 qrupuna qayıtması xahişinə mənfi cavab verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü Donald Trampın sözlərinə belə cavab verib: Rusiya digər çərçivələrdə tamamilə əla işləyir və 20-lər qrupu Moskva üçün daha artıq önəmə malikdir.

Tramp cümə günü Rusiyanın G7 qrupunda iştirak etməsini istədi, lakin bu istək həm Avropa ölkələrinin, həm də Rusiyanın müxalifətilə üzləşdi.

Kremlin sözçüsü Dmitri Peskov Trampın sözlərinə reaksiyada deyib ki, G7 qrupunda iştirak o qədər də önəmli deyil və Moskva digər çərçivələrdə fəaliyyət üzərində təmərküzləşibdir.

G7 qrupuna üzv ölkələr dünya iqtisadiyyatının təqribən əlli faizini öz ixtiyarlarında saxlayırlar. Bu qrupa ABŞ, İngiltərə, Fransa, Almaniya, İtaliya, Yaponiya və Kanada daxildir.

Moskvanın 1998-ci ildə bu qrupa qatılması ilə qrupun adı G8 oldu. Amma Krım yarımadasının Rusiyaya əlavə olunmasından sonra bu məntəqə əhalisinin 2014-cü ildə keçirilən referendumdakı rəyi və Qərb-Rusiya əlaqələrindəki gərginlik Moskvanın həmin qrupdan çıxması ilə nəticələndi və bu qrup bir daha G7 oldu.

Teqlər