İyun 12, 2018 09:18 Asia/Baku
  • Tramp və Kim Çen İn görüşü ərəfəsində Sinqapurda təhlükəsizlik tədbirləri gücləndirilib
    Tramp və Kim Çen İn görüşü ərəfəsində Sinqapurda təhlükəsizlik tədbirləri gücləndirilib

ABŞ prezidenti və Şimali Koreyanın rəhbəri arasındakı görüşün yaxınlaşması ilə Sinqapurda təhlükəsizlik tədbirləri gücləndirilib.

Röyters-in verdiyi məlumata görə, bir neçə saata kimi ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın rəhbəri Kim Çen İn Sinqapurda görüşüb, müxtəlif məsələlər, o cümlədən Koreya Yarımadasında nüvə tərksilahı barədə danışıqlar aparmalıdırlar. 

Sinqapur rəsmiləri ötən bir həftədə təhlükəsizlik tədbirlərini gücləndirməklə, bu görüş üçün təhlükəsiz şərait yaradıblar. 

ABŞ və Şimali Koreya arasındakı zirvə görüşünə az qaldığını nəzərə alaraq, Sinqapurun təhlükəsizlik rəsmiləri bazar ertəsi günü, günün son saatlarında və görüşə bir saat qalmış təhlükəsizlik tədbirlərini ən üst səviyyəyə çıxardıblar. 

Teqlər