İyun 12, 2018 11:28 Asia/Baku
  • ABŞ prezidentinin Şimali Koreya rəhbəri ilə Sinqapur görüşü başlandı
    ABŞ prezidentinin Şimali Koreya rəhbəri ilə Sinqapur görüşü başlandı

ABŞ prezidenti Donald Tramp və Şimali Koreyanın rəhbəri Kim Çen İn arasında planlaşdırılan görüş bu gün Sinqapurda baş tutub.

İnformasiya qaynaqlarının verdikləri məlumata görə, bu görüş ilk olaraq iki ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı olmadan sadəcə iki tərcüməçinin iştirakı ilə Tramp və Kim Çen İn arasında bağlı qapılar arxasında baş tutub. 

Bu xüsusi görüşün ardınca ABŞ prezidenti və Şimali Koreya rəhbəri arasında dövlət rəsmilərinin iştirakı ilə rəsmi görüş keçirilib. 

Donald Tramp və Kim Çen İn bu günkü görüşün əvvəlində jurnalistlər qarşısında bir-birilərinin əlini sıxdıqdan sonra, müzakirə masasının arxasına keçiblər. Amerika və Şimali Koreya ötən 65 ildə, 1950-ci ildən başlayan və üç il davam edən Koreya müharibəsindən bəri davamlı olaraq bir-birinin qatı düşməni olublar. 

ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın rəhbəri ilə görüşdən öncə Koreya Yarımadasının nüvə tərksilahına təkid edərək, hər şeyin Kim Çen İn ilə görüşdən sonra aydınlaşacağını deyib. 

Teqlər