Almaniya rəsmiləri Kim Çen In ilə Tramp arasındakı görüşün nəticələrinə tərəddüd edirlər
Almaniya siyasətçilərinin çoxu Şimali Koreya və ABŞ rəhbərlərinin görüşünün nəticələrinə şübhə ilə yanaşırlar.
Almaniya parlamentinin portalının verdiyi məlumata görə, palamentin xarici siyasət komissiyasının sədri Norbert Rötgen bu barədə deyib: Ş.Koreya rəhbərinin özünün hərbi nüvə proqramından geri çəkiləcəyi qeyri-mümkün görünür.
Rötgen deyib: Tramp tarixi bir nəticəyə olan şəxsi ehtiyacına görə, Amerikanı zəif mövqedə qoydu amma Kim Çen In üçün bu görüş inanılmaz qələbə idi ki, qarşılığında heçnə ödəməli olmadı.
Almaniyada Xristian Partiyaları Birliyi Fraksiyasının xarici siyasət üzrə sözçüsü Yürgen Hartdt da deyib: Bu razılaşma daha hissolunan , daha aydın olmalı və icra qabiliyyətinə malik olmalıdır. Almaniyanın Liberal Demokrat Partiyası Fraksiyasının sədr müavini Aleksandr Qraf Lambsdorf isə razılaşmanı hələ ödənilməmiş çekə bənzədib və deyib: Tramp-Kim görüşünün yekun bəyanatında bir çox məsələlər qaranlıq qaldı.
Almaniya palamentində Yaşıllar Fraksiyasının sədri Anton Hofreyter də bu görüşün nəticələrinə tərəddüdlə yanaşdığını bildirərək deyib: Unutmaq olmaz ki bu barədə iki qeyri-stabil şəxsdən söhbət gedir.
Həmçinin Almaniya solçularının rəhbəri Katya Kipinq deyib: Koreya yarımadasında istənilən nüvə tərksilahına nail olmaq üçün çoxlu diplomatik səylər lazım olacaq.