İyun 13, 2018 09:01 Asia/Baku
  • Parisdə girov götürmə hadisəsi sona çatıb

Fransanın daxili işlər naziri Cerald Kollomb dünən gecə bildirib ki, Parisdə bir binada bir neçə vətəndaşı girov götürən şəxs həbs edilib.

İRNA-nın verdiyi məlumata görə, hələ tutulan adamın kimliyi müəyyənləşdirilməyib. 

Silahlı bir şəxs dünən Parisin mərkəzində yerləşən bir binada bir neçə mülkini girov götürmüşdür. 

Bu girov götürmədə Fransa mediyaları iddia etdilər ki, girov götürən şəxs İranın səfirliyi ilə əlaqə yaradılmasını və bu yolla Fransa hökumətinə bir mesaj vermək istədiyini bildirmişdir. 

Bu xəbərin yayılmasından sonra İİR XİN sözçüsü İranın Parisdəki səfirliyinin girov götürmə hadisəsinə son qoymaq üçün Fransa rəsmiləri ilə əməkdaşlıq etməyə hazır olduğunu bildidri. 

Bəhram Qasimi bildirdi ki, insanların həyatının əhəmiyyəti və məsələnin humanist cəhətini nəzərə alaraq, Fransa hökuməti və polisi məsləhət görərsə və müraciət edərsə İran İslam Respublikasının Parisdəki səfirliyi yardıma və əməkdaşlığa hazırdır. 

İnformasiya mənbələri girov götürülmüş şəxslərin sayının 2-3 nəfər olduğunu bildirmişdilər. 

Bütün girovlar azad edilib. 

Fransa polisi hadisənin terror aktı olması ehtimalının zəif olduğunu deyib. 

 

Teqlər