Gürcüstanın hakim partiyası baş nazirlik vəzifəsi üçün namizədini elan etdi
https://azeri.sahartv.ir/news/dünya-i313068-gürcüstanın_hakim_partiyası_baş_nazirlik_vəzifəsi_üçün_namizədini_elan_etdi
Gürcüstanın hakim partiyası cümə axşamı baş nazirlik vəzifəsinə Mamuka Baxtadzeni təqdim edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2018 05:35 Asia/Baku
  • Gürcüstanda baş nazirlik vəzifəsinə yeni namizəd
    Gürcüstanda baş nazirlik vəzifəsinə yeni namizəd

Gürcüstanın hakim partiyası cümə axşamı baş nazirlik vəzifəsinə Mamuka Baxtadzeni təqdim edib.

İRNA-nın məlumatına görə, Baxtadze Gürcüstanın baş naziri Georgi Kvrikaşvili istefa verməsindən bir gün sonra yeni baş nazir olaraq elan edilib. 

Georgi Kvrikaşvili parlament binası önündə iki həftə davam edən etiraz aksiyalarının ardınca çərşənbə günü öz vəzifəsindən istefa verib. 

Baxtadze 2013-2017-ci illərdə Gürcüstan Dəmiryollarının rəisi oub.2017-ci ilin noyabrından isə maliyyə nazirinin səlahiyyətlərinin icraçısı idi. 

Gürcüstan Parlamenti 20 gün ərzində Baxtadzenin baş nazir vəzifəsinə namizədliyini araşdırıb, öz rəyini elan etməlidir.