İyun 15, 2018 17:26 Asia/Baku
  • Çin ticarət savaşının başlanması haqda ABŞ-a xəbərdarlıq etdi

Çin Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın Pekinə qarşı ticarət savaşı başlatmasına dair xəbərdarlıq edib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Cenq Şuanq bu gün bildirib: Vaşinqton Çinin iqtisadi və təcarət maraqlarına zərbə vurmaq istəyərsə, Pekin dərhal ABŞ-ın bu hərəkətinə reaksiya verəcək. 

Cenq Şuanq bu sözləri ABŞ medialarının Vaşinqtonun Çinə qarşı ticarət savaşını başlatmasına dair yaydıqları xəbərlərin ardınca deyib. 

ABŞ mediaları bu gün səhər prezident Donald Trampın Çindən idxal edilən və ümumi dəyəri 50 milyard dollar olan 1300 adda texnika məhsullarına yeni taariflər təyin etmək istəməsindən xəbər veriblər. 

Donald Trampı 8 mart tarixində də ABŞ-ın ticarət şəriklərinin etirazlarına rəğmən bəzi ölkələrdən idxal edilən polad və alüminium məhsulları üçün gömrük rüsumlarını müvafiq olaraq 25 və 10 faiz artırdı. 

Teqlər