Fransızlar Trampı təhlükəli və irqçi hesab edirlər
https://azeri.sahartv.ir/news/dünya-i313096-fransızlar_trampı_təhlükəli_və_irqçi_hesab_edirlər
Ən son rəy sorğusuna görə, Fransızlar Trampı təhlükəli və irqçi adam hesab edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2018 15:26 Asia/Baku
  • Fransızlar Trampı təhlükəli və irqçi hesab edirlər

Ən son rəy sorğusuna görə, Fransızlar Trampı təhlükəli və irqçi adam hesab edirlər.

Lu Fiqaro qəzetinin yazdığına görə, "Odoksa Dentsu" müəssisəsi tərəfindən aparılan rəy sorğusuna əsasən fransızlar ABŞ prezidenti Donald Trampa nifrət edirlər. 

Bu rəy sorğusuna əsasən repsondentlərin 86%-i Trampı aqressiv, 81%-i isə irqçi və təhlükəli adam hesab edir. 

Sinqapur iclasından cəmi bir gün sonra həyata keçirilən bu rəy sorğusuna əsasən fransızların 71%-i Trampla bağlı mənfi baxışa malikdir. Respondentlərin sadəcə 8%-i ABŞ prezidenti ilə bağlı müsbət fikirə malik olub. 

Bu rəy sorğusunun nəticələri ötən ilin noyabr ayında aparılmış rəy sorğusunun nəticələri ilə müqayisədə Trampın fransızlar arasındakı imicinin daha da pisləşdiyini deməyə əsas verir. 

Həmçinin, fransızların 70%-i Sinqapur iclasının sadəcə təbliğat xarakteri daşıdığını və Asiyada sülhə səbəb olmayacağını düşünür.