Berni Sanders: ABŞ hökuməti Yəmən savaşındakı qanunsuz iştirakına son qoymalıdır
-
Berni Sanders: ABŞ hökuməti Yəmən savaşındakı qanunsuz iştirakına son qoymalıdır
ABŞ-ın Vermont ştatından olan senator Berni Sanders dünən gecə twitter-də vurğulayıb ki, ABŞ hökuməti Yəmən savaşındakı qanunsuz və icazəsiz iştirakına son qoymalıdır.
Berni Sanders son zamanlar da bildirmişdi ki, Yəmən dünyanın ən böyük insan böhranlarından biri ilə üzləşir. O, demişdi ki, Amerikanın səud rejimi ilə həmkarlığı bu insan böhranının davam etməsinə kömək edibdir.
Bu amerikalı senator qeyd etmişdi ki, milyonlarla yəmənli qıtlıq və vəba xəstəliyi ilə üzləşir.
Ərəbistan ABŞ və sionist rejimin himayələri ilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirə edibdir. Bəhanəsi də Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq olubdur.
Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatını itirməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə bais olubdur.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdiribdir.