Tramp Şinzo Abe-ni 25 milyon meksikalını Yaponiyaya göndərməklə hədələyib
G-7 sammitindən bir həftə sonra medialar xəbər veriblər ki, ABŞ prezidenti bu sammitdə qalmaqallı bir ifadədə Yaponiyanın baş nazirini 25 milyon meksikalını bu ölkəyə göndərməklə hədələyib.
Donald Tramp ötən həftə G-7 sammitində öz həmkarları ilə danışıqlarının bir hissəsində Yaponiyanın baş naziri Şinzo Abeyə belə deyib: Şinzo, siz bu problemlə üzləşmirsiniz, amma mən sizə 25 milyon meksikalını göndərə bilərəm və siz tez bir zamanda vəzifənizdən kənarlaşdırılacaqsınız.
Trampın bu sözləri sammit iştirakçılarının incimələrinə bais olub.
Bu məlumata görə, G-7 müzakirələrinin pərdə arxasında Tramp ticarətdən tutmuş terrorizmə və mühacirətə qədər olan müxtəlif məsələlər üstündə öz həmkarları ilə höcətləşibdir.
İyunun 8-i və 9-da keçirilən G-7 sammiti Trampın bu zirvə görüşünün yekun bəyanatından öz imzasını geri götürməsindən və onun sammitə ev sahibliyi edən Kanadanın baş naziri Castin Trüdoya şöz hücumundan sonra qalmaqalla başa çatıbdır.