İyun 16, 2018 21:35 Asia/Baku
  • AB-də populist və turbulent hərəkatların sayı artıb
    AB-də populist və turbulent hərəkatların sayı artıb

Avropa Birliyi öz fəaliyyətindən irəli gələn populist və turbulent hərəkatların sayının artması ilə üzləşibdir.

Jurnalist Paskal Rişe Fransada çıxan "Le Nouvel Observator" həftəliyinin saytında yazıb: G-7 qrupunun sammiti bütün çətinlikləri ilə başa çatdı və əlbəttə, belə bir kədərli bir gerçəklik üzə çıxdı ki, Avropanın durumu heç zaman indiki kimi qarmaqarışıq olmayıbdır.

Bu qeydin davamında deyilir ki, populist və sağ ifratçı cinahlar tədricən Avropa Birliyində özlərinə yer açırlar. Yazıda sonra belə qeyd olunub: Macarıstanın baş naziri Viktor Urban, Polşanın baş naziri Mateos Moraviki, Çexiyanın baş naziri Andrey Babis, Avstriyanın gənc kansleri Sebastyan Kortes və İtaliyanın yeni baş naziri Cüzeppe Konte bu hesabatın himayədarlarından sayılırlar.

Bu yazar habelə Avropa Parlamentinin sədri Jan Klod Yunkeri yorğun və etibarsız şəxs adlandıraraq, əlavə edib: Almaniyanın kansleti Angela Merkel də Almaniyadakı müxtəlif cinahların siyasi oyununa düşübdür.

Paskal Rişe vurğulayır ki, əgər Avropa Birliyi populist təmayüllər və hərəkatlara düçar olarsa, onun özü belə bir durumun meydana gəlməsində müqəssirdir.

Teqlər