İyun 17, 2018 09:13 Asia/Baku
  • Amerikalı məktəblilər silah azadlığına etiraz etdilər
    Amerikalı məktəblilər silah azadlığına etiraz etdilər

Florida ştatında orta məktəbdə silahlı insidentdən xilas olan amerikalı məktəblilər şənbə günü Çikaqo şəhərində ABŞ-da silah gəzdirmənin sərbəsliyinə etiraz üzrə aksiya keçiriblər.

14 fevral 2018-ci il tarixində Florida ştatının Marjori Stonman Duqlas məktəbində silahlı insidentdə azı 17 məktəbli dünyasını dəyişdi. 

İRİB-in məlumatına görə, məktəblilər ABŞ-da silah gəzdirmənin sərbəstliyinə etiraz olaraq bütün şəhərlərdə etiraz yürüşü keçirmək niyyətindədirlər. 

ABŞ zorakılıq, girov götürmə və silahlı insidentlərlə qarşılaşmışdır. 

ABŞ-ın müxtəlif bölgələrində ildə minlərlə nəfər silahlı insident nəticəsində həlak olur və yaralanır. Rəsmi statistikalara görə, ABŞ-da 270-300 milyon odlu silah vardır. Bu isə bu ölkədə hər bir nəfərə bir silahın çatdığı mənasındadır. 

ABŞ-da vətəndaşların hüquqlarını müdafiə qruplarının müraciətinə rəğmən, silah lobbisinin güclü olması nəticəsində, indiyədək heç bir hökumət ölkədə silah satışına məhdudiyyətin tətbiq olunması üzrə qanunlar tətbiq edə bilməyib. 

ABŞ prezidenti Donald Tramp isə ölkədə silahlıların əsas tərəfdarlarından biridir. 

Tramp prezidentliyinə başladığı vaxtda silahı olan vətəndaşlara demişdi ki, silahları olan şəxslərin hüquqlarına 8 il təcavüz sona çatıb və onların Ağ Evdə həqiqi hamisi vardır. 

Teqlər