İyun 17, 2018 15:09 Asia/Baku
  • Almanların Avstriyada casusluğu; Kansler Kurts Berlindən məsələyə aydınlıq gətirməsini tələb edib
    Almanların Avstriyada casusluğu; Kansler Kurts Berlindən məsələyə aydınlıq gətirməsini tələb edib

Avstriya kansleri Almaniyadan bu ölkənin təhlükəsizlik xidmətlərinin Avstriyada yerləşən siyasətçilər, şirkətlər və beynəlxalq qurumlardan casusluq etməsinə aydınlıq gətirməsini istəyib.

Standart qəzeti və Profil həftəliyi son vaxtlar bildiriblər: Almaniyanın Federal Təhlükəsizlik Xidməti BND 1999-2006-cı illərdə Avstriya ərazisində casusluq edib.

Məlumata görə, Almaniyanın Federal Təhlükəsizlik Xidməti 2 min şəxs, siyasi qurum, şirkət, bank və beynəlxalq təşkilatdan casusluq edib.

İRİB-in məlumatına görə, Sebastian Kurts Vyanada keçirilən mətbuat konfransında deyib: Dost ölkələr arasında belə hərəkət olmamalıdır.

Almaniya kansleri əlavə edib: Vyana hansı şəxslərin izlənildiyini, bu casusluğun nə vaxt başa çatdığını bilmək istəyir.

Kurts bildirib: Avstriya Kütləvi İnformasiya Vasitələrinin son məlumatı düzgün olarsa, bu casusluq fəaliyyətləri keçmiş hərəkətlərlə fərqlidir.

Teqlər