İyun 19, 2018 21:30 Asia/Baku
  • Çin qarşılıqlı olaraq ABŞ məhsullarına rüsumları artırıb
    Çin qarşılıqlı olaraq ABŞ məhsullarına rüsumları artırıb

Amerika Birləşmiş Ştatları ilə Çin arasında ixtialflar daha da kəskinləşməkdədir. Çin Birləşmiş Ştatlardan idxal olunan məhsullara eyni qaydada rüsumun artıralacağını bildirib.

ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, biz Çinin hazırda da həyata keçirdiyi bizim ölkəmizə təcavüz etməsinə imkan verə bilmərik.

Bəlkə də Tramp bu sözləri dediyi vaxt və mütəmadi şəkildə çinliləri hədələdiyi vaxt, Çin səddinin o tərəfində göz qarşısında göz qanunun icra olunacağını düşünmürdü.

Deməli ABŞ Çindən idxal etdiyi məhsullara rüsumu artırdığı qədər Sarı Əjdəha da Birləşmiş Ştatlardan milyardlarla dollar dəyərində idxal olunan məhsullara rüsumun alınmasını tətbiq edib. Münaqişələrin artması Asiyanın əksər birjalarının mənfi göstərici ilə üzləşməsinə səbəb olub.

Dünya Siyasət Mərkəzinin sədri Corc Samuel deyib: Tramp ABŞ-ın Çinə nəhəng borcunu həll etmək məsələsində, seçkilər vaxtı bu məsələyə qalib gəlmək haqda çoxlu sözlər danışdı. Mütəmadi şəkildə dedi ki, Çin ABŞ-ın başına torba keçirib. Mütəmadi şəkildə çinliləri hədələdi. Sanki bu dəfə çinlilərin zarafatı yoxdur. 

Pekin və Vaşinqtonun siyasət səhnəsində Cənubi Çin dənizindən Koreya yarımadasınadək fikir ayrılıqları vardır. İndi hər iki ölkə bu ticarət savaşında özünə adam yığmaq fikrindədir. Tramp bir çox ölkəni incidib və bu baxımdan Pekinin vəziyyəti daha yaxşıdır.

 

Teqlər