Britaniyada islamofobiya ilə mübarizə gecikdirilir
Britaniya Müsəlmanlar Şurası xəbərdarlıq edib ki, bu ölkədə nifrətdən mənşə alan cinayətlər, eləcə də islamofobiya ilə mübarizə qanununun icrası istiqamətində gözə çarpacaq heç bir təşəbbüs müşahidə olunmur.
İRİB-in verdiyi məlumata görə, Britaniya Müsəlmanlar Şurası britaniyalı radikal terrorçuların Londonun şimalında islami müəssisənin kənarında namazqılanlara hücumundan bir il sonra bu bəyanatı verib.
Bir il öncə sağçı radikal qruplarla əlaqədə olan Darren Ozborn Londonda Qüds günü yürüşlərində iştirak edənləri maşınla basmaq cəhdləri nakam qaldıqda o maşınını Londonun şimalında islami müəssisədə namazdan qayıdanların üstünə sürdü.
Bu hücumda bir nəfər həlak oldu, 12 nəfər isə yaralandı.
Bu hadisədən bir il keçir və bu gün Britaniya Müsəlmanlar Şurası bir bəyanatda bu ölkədə nifrətdən mənşə alan cinayətlərlə, eləcə də islamofobiya ilə mübarizə istiqamətində heç bir əlverişli tədbirin müşahidə olunmadığını və Britaniyada islamofobiyanın geniş yayılmasının nigaranlıq doğurduğunu bildirib.