İyun 20, 2018 12:20 Asia/Baku
  • Çin Amerikaya xəbərdarlıq etdi
    Çin Amerikaya xəbərdarlıq etdi

Çinin Xarici İşlər Nazirliyi Amerikanın Çin məhsullarına gömrük tariflərinin artırılmasına dair hədə-qorxularına reaksiyada deyib: ABŞ ilə ticarət savaşına girməkdən heç də qorxmuruq.

Təsnimin verdiyi məlumata görə, ÇİN XİN dünən bildirib ki, rəsmi Pekin Amerika ilə ticarət savaşının tərəfdarı deyil ancaq belə bir savaşa girməkdən də qorxmur. 

Çinin Xarici İşlər Nazirliyi həmçinin Amerikanı təxribatçı bəyanatlar və rəftardan çəkinməyə çağırıb. 

Çinin Ticarət Nazirliyi də Amerikaya Çin məhsullarına tariflərin artırılacağı təqdirdə Pekinin də oxşar tədbirlər həyata keçirəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp son vaxtlar Çin məhsullarına 200 milyard dollar yeni gömrük tarifləri tətbiq edəcəyini bildirdi. 

Çin ötən həftə buna reaksiya əlaməti olaraq 50 milyard dollar dəyərində ABŞ məhsullarına gömrük rüsumları tətbiq edəcəyi ilə hədələdi. 

ABŞ prezidenti 8 martda dünya səviyyəsində etirazlara rəğmən Çin də daxil bəzi ölkələrdən polad idxalına 25 faiz, alüminum idxalına isə 10 faiz tarif tətbiq etd. Bu da Çin və AB-nin kəskin etirazlarına səbəb oldu.

Teqlər