Gürcüstan parlamenti yeni hökumətə etimad edib
https://azeri.sahartv.ir/news/dünya-i314390-gürcüstan_parlamenti_yeni_hökumətə_etimad_edib
Gürcüstan parlamenti ölkənin yeni hökumətinə etimad səsi verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 08:05 Asia/Baku
  • Gürcüstan parlamenti yeni hökumətə etimad edib

Gürcüstan parlamenti ölkənin yeni hökumətinə etimad səsi verib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, baş nazir Mamuka Baxtadzenin Nazirlər Kabinetinin üzvləri parlamentin fövqəladə iclasında 99 deputatın etimad səsini qazanıb. 

Bu səsvermədə Gürcüstan parlamentinin 6 deputatı yeni hökumətin üzvlərinin əleyhinə səs verib. 

Mamuka Baxtadze bazar ertəsi günü Nazirlər Kabinetinin yeni üzvlərinin adlarını Gürcüstan parlamentinə təqdim etmişdi. 

Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili ötən həftə 13 iyunda ölkədə iki yeniyetməni qətlə yetirən şəxslərin mühakimə edilməsi formatına qarşı keçirilən aksiyalar nəticəsində istefa verdi. Hakim Gürcüstan Röyası partiyası bir gün sonra Mamuka Baxtadzeni baş nazir vəzifəsinə elan etdi.