İyun 22, 2018 10:31 Asia/Baku
  • Liviya sahillərində 220 miqrant qərq olub
    Liviya sahillərində 220 miqrant qərq olub

BMT-nin Miqrantların Məsələləri üzrə Ali Komissarlığı ötən bir neçə gün ərzində Liviya sahilləri yaxınlığında 220 miqrantın qərq olduğunu bildirib.

Libiya əl-Əxbar portalının məlumatına görə, BMT-nin Miqrantların Məsələləri üzrə Ali Komissarlığı bildirib: Çərşənbə axşamı günü bir qayığa minmiş yüz nəfərdən sadəcə beş nəfər xilas olub, həmin gündə 130 nəfəri aparan başqa bir qayıq da batıb. Nəticədə 70 nəfər həyatını itirib. 

Aralıq dənizində xilas olan başqa miqrantlar da deyiblər ki, onlarla birlikdə olan təxminən 50 nəfər dənizdə batıb. 

BMT Aralıq dənizində batan miqrantların sayının artması haqda nigaranlıq edib və beynəlxalq ictimaiyyət və qeyri-hökumət təşkilatlarının belə şəxsləri xilas etmək üçün dərhal addım atmalarını istəyib. 

Liviyanın sahil qvardiyası cümə axşamı günü 2 qayıqda olan 301 afrikalı miqrantı xilas edib. 

Teqlər