Avropa Birliyi Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyib
-
Avropa Birliyi Minsk Qrupunun vasitəçilik səylərini dəstəkləyib
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Avropa Birliyi Minsk Qrupunun vasitəçilik səyləri və təkliflərini dəstəkləyir.
APA-nın məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Ermənistan xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri ilə görüşdə bəzi önəmli məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin müzakirə olunduğunu bildirərək deyib: Müzakirələr prosesinə kömək etmək üçün bütün imkanlardan istifadə edəcəyik.
ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə 1997-ci ildə təşkil olunan Minsk Qrupunun fəaliyyətləri indiyədək beynəlxalq səhnədə qənaətbəxş olmayıb. Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyini üzərinə götürən Minsk Qrupu indiyədək bu münaqişənin həllində heç nə əldə etməyib. Azərbaycan və Ermənistan arasında 1994-cü ildən atəşkəs rejimi tətbiq olunsa da, 2016-cı ildən bəri hər iki tərəfdən yüzdən çox hərbçi ölüb.