İyun 23, 2018 16:27 Asia/Baku
  • Amerika xalqı Trampın siyasətlərinə etiraz edib
    Amerika xalqı Trampın siyasətlərinə etiraz edib

ABŞ prezidentinin immiqrasiya siyasətinə qarşı çıxanlar Vaşinqtonda aksiya keçiriblər.

Reuters xəbər verir ki, Vaşinqton əhalisi ABŞ prezidenti Donald Trampın anti-immiqrasiya siyasətinə qarşı cıxaraq, bu gün bu ölkənin daxili təhlükəsizlik nazirliyinin binası önündə aksiya keçirib.

Əllərində plakatlar tutmuş aksiyaçılar Donald Trampın anti-immiqrasiya siyasətlərinə qarşı çıxıblar. Onlar bildiriblər ki, bu siyasətlərə əsasən, miqrant analar öz övladlarından ayrı salınırlar.

Plakatlarda yazılmış şüarlarda ailələrin dağılmamasına və ailə üzvlərinin ayrılmasının qarşısının alınmasına təkid olunub.

ABŞ hökumətinin mühacirlər, xüsusən uşaqlarla qeyri-insani rəftarı bütün dünyada geniş tənqidlərlə üzləşibdir.

Teqlər