İyun 25, 2018 09:18 Asia/Baku
  • Makedoniyaya yeni adın seçilməsinə qarşı aksiya keçirilib
    Makedoniyaya yeni adın seçilməsinə qarşı aksiya keçirilib

Yunanıstan və Makedoniyanın, Makedoniya ölkəsi üçün yeni "Şimali Makedoniya Respublikası" adının seçilməsi barədəki razılaşmasına qarşı çıxanlar paytaxt Skopyedə aksiya keçiriblər.

Minlərlə nəfər Makedoniyanın paytaxtı Skopyedə aksiya keçirərək, Yunanıstan və Makedoniyanın, Makedoniya ölkəsi üçün yeni "Şimali Makedoniya Respublikası" adının seçilməsi barədəki razılaşması ilə müxalifət edibdir.

Şənbə günü gecə keçirilən aksiya Makedoniya dövləti ilə müxalif olan ən böyük partiya tərəfindən təşkil olunmuşdu.

Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri Nikos Kutziyas və Nikola Dimitrov ötən həftənin bazar günü iki ölkə sərhədində yerləşən Prespa adasında iki ölkənin baş nazirlərinin hüzurunda Makedoniya ölkəsinin adının "Şimali Makedoniya Respublikası" adına dəyişdirilməsi barədəki razılaşmanı imzaladılar.

Bu razılaşmanın imzalanmasında məqsəd budur ki, Makedoniya ölkəsinin adı Yunanıstan vilayətlərindən birinin adından fərqlənmiş olsun.

Makedoniya ölkəsinin adı ilə bağlı ixtilaf 25 il bundan əvvəldən Afina-Skopye əlaqələrini gərginliklə üzləşdiribdir.

Afina başçıları dəfələrlə vurğulamışdılar ki, Makedoniya ölkəsinin hazırkı adı üstündəki ixtilafların həll olunmayacağı zamanadək Skopyenin NATO-ya və Avropa Birliyinə üzvlüyü ilə müxalifətlərini davam etdirəcəklər.

Teqlər