İyun 25, 2018 16:53 Asia/Baku
  • Floridalı etirazçılar miqrantların həbs edilmələri mərkəzlərinin bağlanmasını tələb ediblər
    Floridalı etirazçılar miqrantların həbs edilmələri mərkəzlərinin bağlanmasını tələb ediblər

CNN telekanalı bildirib ki, Floridada Donald Trampın uşaqların öz valideynlərindən ayrılması ilə nəticələnmiş mühacirət siyasətlərinə etiraz edənlər bu ştatda yerləşən uşaqların həbs olunmaları üzrə mərkəzin bağlanmasını istəyiblər.

Tramp dövlətinin "Sıfır tolerantlıq" siyasətinə qarşı etiraz dalğası genişlənməkdədir və bu dəfə Florida ştatının Homstid məntəqəsinin sakinləri mühacir valideynlərin həbs olunduqları və uşaqların valideynlərindən ayrıldığı "miqrantların saxlanıldıqları mərkəz"in yaxınlığına toplaşaraq, bu mərkəzin bağlanmasını istəyiblər.

CNN əlavə edib: Etirazçılar Florida ştatının bu bölməsində Donald Trampın immiqrasiya siyasətini "iyrənc" bir siyasət adlandırıblar. 

Bu məlumata görə, etirazçılar həmçinin əllərində tutduqları plakatları müxbirlərin kameraları önünə gətiriblər. Bu plakatların üzərində alman faşizminin əlaməti olan sınmış xaç təsviri olubdur.

Teqlər