Əl-Cəzair Ali İslam Şurası inqilab rəhbərinə təşəkkürünü bildirib
https://azeri.sahartv.ir/news/dünya-i315338-Əl_cəzair_ali_İslam_Şurası_inqilab_rəhbərinə_təşəkkürünü_bildirib
Əl-Cəzair Ali İslam Şurası, islam inqilabının böyük rəhbərinin əziz islam peyğəmbərinin(s.ə) səhabələrinə qarşı təhqirlərin haram olduğu və Peyğəmbərin(s.ə) həyat yoldaşlarının hörmətinin saxlanılmasının vacibliyinə dair fitvasını yüksək qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 26, 2018 10:01 Asia/Baku
  • Əl-Cəzair Ali İslam Şurası inqilab rəhbərinə təşəkkürünü bildirib
    Əl-Cəzair Ali İslam Şurası inqilab rəhbərinə təşəkkürünü bildirib

Əl-Cəzair Ali İslam Şurası, islam inqilabının böyük rəhbərinin əziz islam peyğəmbərinin(s.ə) səhabələrinə qarşı təhqirlərin haram olduğu və Peyğəmbərin(s.ə) həyat yoldaşlarının hörmətinin saxlanılmasının vacibliyinə dair fitvasını yüksək qiymətləndirib.

Əl-Məyadinin verdiyi məlumata görə, Əl-Cəzair Ali İslam Şurası bu fitvanın islam ümmətinin vəhdəti istiqamətində atılan addım adlandırıb. 

Sözü gedən şuranın baş katibi Buzeyd Bumdin deyib: Təhqir və söyüş zorakılığa gətirib çıxarır və bəzi peyk kanallarının bu prossesdə rolları var. 

Əl-Cəzair Ali İslam Şurasının baş katibi deyib: Dini etiqadların təhqir edilməsinə qadağa qoyan qanunlar qəbul edilməlidir ona görə ki, bəzi ölkələr, siyasi məqsədlər istiqamətində dini həssaslıqları qıcıqlandırırlar.