Fransa ABŞ-ı qınadı
-
Fransa ABŞ-ı qınadı
Fransanın maliyyə naziri Vaşinqtonun İranla ticarət tərəfi olan avropalı şirkətlərə sanksiya tətbiq edəcəyini qınayıb.
Röytersin verdiyi məlumata görə, Fransanın maliyyə naziri Brono Lümer deyib: Paris indiyədək Fransa, Almaniya və Britaniyanın Avropa şirkətlərinin İrana qarşı ticarət sanksiyalarından istisna edilmələri barədə müştərək tələbi xüsusunda Vaşinqtondan müsbət əlamət müşahidə etməyib.
Lümer deyib: Avropa şirkətləri Amerikanın sanksiyalarına şamil olacaqlarından nigarandırlar və təəssüflər olsun ki, onların tələbləri indiyədək cavabsız qalıb.
Amerikanın nüvə sazişindən çıxmasının ardınca Fransa hökuməti bir bəyanat yayaraq bildirdi ki, rəsmi Paris Vaşinqtonun təhdidləri qarşısında İrandakı Fransa şirkətlərini mühafizə sahəsində əlindən gələni əsirgəməyəcək.