Avrop Birliyi Türkiyədə keçirilən seçkilərə münasibət bildirib
-
Avrop Birliyi Türkiyədə keçirilən seçkilərə münasibət bildirib
Avropa Birliyinin rəsmi səytı bu birliyin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini və Avropa Birliyinin qonşuluq siyasətləri üzrə komissarı Yohannes Hanın Türkiyədə keçirilən seçkilərlə bağlı birgə bəyanatını dərc edib.
Bəyanatda deyilir: "24 iyunda Türkiyədə keçirilən parlament və prezident seçkiləri Türkiyə xalqının habelə, seçki namizədlərinin və rəqib partiyaların geniş iştirakı ilə keçirildi. Bu da Türkiyə xalqının demokratik proseslərə böyük maraq göstərməsinin, sivil azadlıqlara malik olmasının habelə, qanun hakimiyyətinin və təməl azadlıqların nişanəsidir.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) demokratik və insan haqları qrumlarının seçkilərdəki müşahidəçi heyətinin dəyərləndirmələrindən də aydın olur ki, seçicilər həqiqi seçim ediblər. Amma, seçki rəqabətləri üçün bərabər şərait olmayıb. Bundan başqa, ölkədə elan olunmuş fövqəladə vəziyyətdən qaynaqlanan məhdudiyyətlər sərbəst şəkildə mitinqlərin keçirilməsini və media vasitəsilə fikirlərin bəyan edlməsini məhdudlaşdırmışdı. Biz, Türkiyə prezidenti və bu ölkə parlamenti ilə hər iki tərəfin qarşısında duran problemlərin həll edilməsində əməkdaşlıq edəcəyik."