Böyük avtomobil istehsalçıları Trampa xəbərdarlıq etdilər
-
Böyük avtomobil istehsalçıları Trampa xəbərdarlıq etdilər
Böyük avtomobil istehsalçıları ABŞ prezidenti Donald Trampın avtomobil idxalı ilə bağlı yeni gömrük tarrifləri haqda xəbərdarlıq ediblər.
Röyters-in verdiyi məlumata görə, böyük avtomobil istehsalçılarından ibarət bir ticarət qrupu çərşənbə axşamı bildiriblər ki, ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik adı altında idxal edilən avtomobillər üçün 25%-lik gömrük rüsumu təyin etməklə bağlı təhdidləri amerikalı isthlakçılar üçün illik 45 milyard dollara başa gələcək. Bu isə hər avtomobil üçün 5800 dollar əlavə xərc deməkdir.
"Ceneral Motors", Toyota motor", Volks Vagen və digər iri avtomobil şirkətlərini təmsil edən Avtomobil İstehsalçıları Birliyi cari həftənin sonlarında öz mövqeyini yazılı şəkildə ABŞ-ın Ticarət Nazirliyinə elan edəcək.
Avtomobil İstehsalçıları Birliyinin sözçüsünün dediinə görə, 2017-ci ilin satış həcmini nəzərə alaraq, təyin ediləcək yeni taarif amerikalı istehlakçılar üçün illik əlavə olaraq 45 milyard dollar xərc deməkdir. Bu isə Trampın vergilərin azaldılması layihəsinin faydalarını azaltmış olacaq.
O həmçinin deyib: Amerikalı istehlakçılar həmçinin, həm amerikalı həm də xarici avtomobil istehsalçılarından avtomobil aldıqları zaman yedək hissələr üçün də əlavə xərclər ödəməlidirlər.
ABŞ prezidenti Donald Tramp ötən həftə Avropa ilə ticarət savaşının davamında Avropanı, Avropada montaj edilən avtomobillər üçün 25% gömrük rüsumu təyin etməklə hədələyib.
Avropa Komisssiyasının sədr müavini Yurki Katainen də deyib: Əgər Amerika belə bir qərar qəbul edərsə, bizim reaksiya verməkdən başqa çıxış yolumuz qalmayacaq.
Fransanın maliyyə naziri də Bruno Lumer də bu barədə xəbərdarlıq edib və deyib: Tramp Avropa istehsalı olan avtomobillər üçün gömrük rüsumlarını artırarsa, Avropa qarşılıqlı tədbirlər görəcək.
ABŞ hazırda Avropa istehsalı olan sərnişin avtomobilləri üçün 2.5%, yük maşınları üçün isə 25% gömrük rüsumu təyin etmək istəyir. Bunun müqabilində Avropa da ABŞ istehsalı olan avtomobillər üçün 10% gömrük rüsumu təyin edir.