İyun 28, 2018 10:52 Asia/Baku
  • Fransa nüvə sazişinin icrasına sadiq qalmağı vurğulayıb

Fransa Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və İranın bu sazişin iqtisadi imkanlarından faydalanmasına sadiq olduğunu vurğulayıb.

Fransa Xarici İşlər Nazirliyinin internet portalının məlumatına görə, Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın noyabr ayının sonuna qədər İrandan neft idxalını sıfıra endirməyə dair öz müttəfiqlərinə etdiyi müraciətinə reaksiyada Fransanın nüvə sazişinə sadiq qaldığını vurğulayıb. 

Fransa Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: Amerika Birləşmiş Ştatlarının müraciəti diqqət mərkəzindədir və tezliklə onun barəsində avropalı əməkdaşları ilə danışıqlar aparılacaq. Fransa nüvə sazişinin icrasına bütün cəhətlərdə sadiq qalır. 

Məlumata görə, Fransa beynəlxalq şərikləri ilə birlikdə nüvə sazişini tam şəkildə yerinə yetirdiyi halda, İranın bu sazişin iqtisadi imkanlarından faydalanması üçün müxtəlif yolları araşdırmaqdadır. 

Teqlər