Fransa və İngiltərə nüvə sazişinin qorunmasını vurğulayıblar
https://azeri.sahartv.ir/news/dünya-i315625-fransa_və_İngiltərə_nüvə_sazişinin_qorunmasını_vurğulayıblar
Fransanın BMT-dəki nümayəndəsi deyib: ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasına rəğmən, bu saziş öz qüvvəsindədir və bu qərar onun icrasına təsir göstərməməlidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2018 09:40 Asia/Baku
  • Fransa və İngiltərə nüvə sazişinin qorunmasını vurğulayıblar

Fransanın BMT-dəki nümayəndəsi deyib: ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasına rəğmən, bu saziş öz qüvvəsindədir və bu qərar onun icrasına təsir göstərməməlidir.

Fransanın BMT-dəki nümayəndəsi Fransua Delatre BMT Təhlükəsizlik Şurasının nüvə sazişi haqda iclasında xatırladıb: İranın nüvə sazişinə sadiq qaldığı zamana qədər, Fransa da bu sazişə sadiqdir. 

İngiltərənin BMT-dəki nümayəndəsi Karen Piers də Təhlükəsizlik Şurasının iclasında deyib: London öz növbəsində nüvə sazişinə sadiq qalacaqdır. 

İngiltərənin BMT-dəki nümayəndəsi əlavə edib: İngiltərə nüvə sazişindəki digər şərikləri ilə birlikdə İranla iqtisadi anlaşmalar istiqamətində səylərə kömək edəcək.