İyun 29, 2018 12:12 Asia/Baku
  • Makron: Avropada mühacirət böhranı davam edəcək
    Makron: Avropada mühacirət böhranı davam edəcək

Fransa prezidenti vurğulayıb ki, Avropa uzun müddət qanunsuz miqrantlar böhranı ilə üzləşməkdə davam edəcəkdir.

Fransa prezidenti Emmanuel Makron Brüssel sammitinin sonunda deyib: Avropa bu iclasda üzvlərin öhdəliklərinin gücləndirilməsilə öz sərhədlərinin daha yaxşı qorunması, qanunsuz miqrantların qəbul edilməsi qanunlarının kəskinləşdirilməsi, həmçinin qanunsuz miqrantların qəbul edilmələrinin daha yaxşı formalaşdırılması üçün Avropa ərazisində nəzarət mərkəzlərinin yaradılması təklifinin ardıncadır.

Makron söyləyib: Avropa uzun müddət böhranlı və yoxsul ölkələrdən gələn qanunsuz miqrantlar böhranı ilə üzləşməkdə davam edəcək və özünün milli həmrəyliyinin qorunmasına və dəyərlərə söykənməklə bu problemlə mübarizədə müvəffəq ola bilməlidir.

Teqlər