İyun 29, 2018 21:30 Asia/Baku
  • Tusk: Trampla ən pis şəraiti gözləyin
    Tusk: Trampla ən pis şəraiti gözləyin

Avropa İttifaqı Şurasının prezidenti deyib ki, Donald Trampın mövcud olması ilə Avropa-Amerika əlaqələrində ən pis şəraiti gözləmək lazımdır.

Londonda çıxan "İndipendent" qəzeti yazıb: Donald Tusk Avropa Birliyinin Brüsseldə keçirilən sammitində deyib: Avropa-Amerika əlaqələrinin sürətlə pozulmaqda olduğu bir halda, Donald Trampın prezidentliyi dövründə daha pis şəraitin intizarında olun.

Avropa İttifaqı Şurasının prezidenti etiraf edib ki, Avropa-Amerika əlaqələrinə sabitliyi qaytarmaq və Qərbin birliyinin qorunması üzrə səyləri nəticəsiz qalıbdır.

Tusk bundan öncə Avropa Birliyinin başçılarına ünvanladığı məktubda yazmışdı ki, Trampın rəftarı Qərbin vəhdətini hədələyir.

"İndipendent" qəzeti həmçinin avropalı rəsmilərə istinadla yazıb: Trampın siyasətləri avropalılar üçün olduqca nigaranedicidir, zira elə bir amerikan meyarını göstərir ki, onda dost və düşmən yoxdur və beynəlxalq quruluşun qaydaları kənara qoyulur.

Teqlər