İyun 30, 2018 08:58 Asia/Baku
  • Moqerini: Avropa Birliyi İranı himayə paketini qəbul etdi
    Moqerini: Avropa Birliyi İranı himayə paketini qəbul etdi

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi bu birliyin 28 lehinə səs ilə nüvə anlaşması çərçivəsində İran İslam Respublikasını himayə layihəsini təsdiq etdiyini bildirib.

AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini cümə günü Avropa Birliyinə üzv ölkələrin Brüsseldə baş tutan iki günlük sammitinin sonunda deyib: Himayə paketinin detalları iki gün ərzində İran İslam Respublikası rəsmilərinə təhvil veriləcək. 

Federika Moqerini həmçinin deyib: İran İslam Respublikasını himayə paketi ilə yeganə müxalif olan tərəf Bolqarıstan idi və sonda o da bu layihənin lehinə səs verdi. 

Fransa, Britaniya və Almaniya nüvə anlaşmasının 3 avropalı tərəfi olaraq İran İslam Respublikasını himayə paketini hazırlayan ölkələrdirlər. Deyilənlərə görə, Avorpa başçıları arasında əldə olunmuş razılığa əsasən Avropa İnvestisiya Bankı İran İslam Respublikanı himayə etməlidir. 

İran İslam Respublikası xarici işlər nazirinin müavini Abbas İraqçı bundan öncə AB-nin nüvə anlaşması çərçivəsində İranı himayə layihəsini cari iyun ayının sonuna kimi təqdim edəcəyindən xəbər vermişdi. 

Teqlər