İyul 01, 2018 08:48 Asia/Baku
  • Kanada ABŞ-ın ticarət savaşına cavab verəcəyini bildirib
    Kanada ABŞ-ın ticarət savaşına cavab verəcəyini bildirib

Ağ ev sözçüsü Sara Sanders dünən gecə ABŞ prezidenti Donald Trampın Kanada baş naziri Castin Trodo ilə telefon danışığından xəbər verib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, bu telefon danışığı Vaşinqton-Otava ticarət savaşının ən qızğın çağında baş tutub. 

Senders bir bəyanatda bildirib ki, Tramp və Trodo iqtisadi əlaqələri və iki ölkə arasında ticarət üzrə qarşıdurma mövzusunu müzakirə ediblər. 

Röytersin verdiyi məlumata görə, Kanadanın baş naziri bu danışıqlarda deyib ki, Otava alüminum və polad idxalatına əlavə tariflərin tətbiq edilməsinə qarşı cavab addımı atmalıdır. 

Kanada cümə günü ABŞ-dan idxal olunan bəzi mallara 12.6 milyard dollar tarif tətbiq etdi. 

Teqlər