İki Koreya arasında dəniz əlaqəsi yaradılıb
Cənubi Koreyanın Müdafiə Nazirliyi bu ölkə ilə Şimali Koreya arasında dəniz əlaqələrinin yaranmasından xəbər verib.
Yunhapın verdiyi məlumata görə, Cənubi Koreya Müdafiə Nazirliyi bir bəyanatda bildirib ki, iki Koreyanın sülh uğrunda səylərinin davamında eləcə də müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində bu gün iki ölkə arasında bir dəniz keçidi yaradılıb və hər iki tərəfin gəmiləri son 10 ildə ilk dəfə olaraq biri-biri ilə radio əlaqə yaradıblar.
C.Koreya MN bildirib: Bu təşəbbüs iki ölkə arasında son razılaşmalar çərçivəsində baş verir və məqsəd hərbi çaxnaşmanı məhdudlaşdırmaq, qəfil qarşıdurmaya mane olmaqdır.
İki ölkə arasında dəniz əlaqələri 2008-ci il may ayından C.Koreyanın ümumdünya dəniz şəbəkəsi vasitəsi ilə həyata keçən təmasları Ş.Koreya tərəfindən cavabsız qaldıqdan sonra kəsilmişdi.