ABŞ-da miqrantlara hücumda 9 nəfər yaralanıb
İyul 01, 2018 18:55 Asia/Baku
Trampın anti-miqrant siyasətlərinin güclənməsi ilə eyni zamanda Aydaho ştatında əlində bıçaq tutan bir kişinin miqrantların yaşadığı bloka hücumu barədə məlumat yayılıb.
ABŞ-ın qərbində yerləşən Aydaho ştatının polisi bildirib ki, ştatın mərkəzində Buisi şəhərində miqrantların məskunlaşdıqları bir bloka bıçaqla hücum olunub.
MSNBC telekanalı bildirib ki, polis bu hücumda ən azı 9 nəfərin yaralandığı və xətəxanaya yerləşdirildiyindən xəbər verib.
ABŞ polisi hücumçunun kim olduğu və nə üçün belə bir hücuma əl atdığını bildirmədən bu hadisə ilə əlaqədar 30 yaşlı kişinin saxlanıldığını bildirib.
Hücumçunun aradan çıxdığı ancaq polis əməkdaşlarının blokun yaxınlığında onu yaxaladıqları bildirilir