İyul 01, 2018 21:32 Asia/Baku
  • ABŞ-da anti-miqrant siyasətə qarşı etiraz aksiyaları
    ABŞ-da anti-miqrant siyasətə qarşı etiraz aksiyaları

Amerikanın müxtəlif şəhərlərində çoxlu sayda adam prezident Donald Trampın anti-miqrant siyasətlərinə qarşı etiraz aksiyası keçirib.

ABŞ sərhəddində anasının qeyri-qanuni olaraq Amerikaya daxil olduğuna görə həbsdə saxlanılan Hinduraslı azyaşlı uşağın videosunun yayılması eyni zamanda BMT-nin ABŞ-da mühacirlər xüsusiylə də miqrant uşaqların hüquqlarının geniş miqyasda pozulmasına dair hesabatı ölkə daxilində eləcə də beynəlxalq miqyasda geniş etirazlara səbəb olub. 

Sanfransisko şəhərində minlərlə adam bələdiyyə binası qarşısında aksiya keçirib. Çikaqonun mərkəzində də 50 minlik aksiya keçirilib. Bəzi etirazçılar miqrasiya idarələri qarşısında çadır quraraq oturaq aksiya keçiriblər və valideynlərindən ayrılmış 2 min miqrant uşağın qaytarılmasını istəyiblər. 

Los-Anclesdə də sənətkarlar aksiyaçılara qatılıblar. 

Nyu-Yorkda isə aksiyaçılar Bruklin körpüsü üzərində yürüş keçirərək Trampın anti-miqrant siyasətini pisləyiblər. 

Paytaxt Vaşinqton şəhərində isə minlərlə sakin Ağ ev qarşısına toplaşaraq anti-miqrant siyasətə qarşı şüarlar səsləndiriblər. Həmçinin on minlərlə əhali Ağ ev qarşısına toplaşaraq Amerika ilə Meksika keçid məntəqələrində miqrant uşaqların valideynlərindən ayrılmasını pisləyiblər. 

Teqlər