İyul 03, 2018 11:56 Asia/Baku
  • ABŞ-da miqrant uşaqla qeyri-insani davranış
    ABŞ-da miqrant uşaqla qeyri-insani davranış

7 yaşlı miqrant qız ABŞ-da 2 ay həbsdə saxlanıldıqdan sonra anasına verilib.

CNN televiziyasının məlumatına görə, ABŞ prezidenti Donald Trampın siyasətlərinə görə iki ay öncədən anasından ayrılan və qeyri-qanuni miqrantların düşərgəsində saxlanılan 7 yaşlı qız uşağı Florida ştatının Mayami aeroportunda anasına qovuşub. 

CNN bildirib ki, bu 7 yaşlı qız bu iki ay ərzində ruhi və psixoloji xəstəliklərdən əziyyət çəkib. 

Kaliforniya ştatının bir məhkəmə hakimi ayrılmış uşaqların Meksika ilə sərhəddə 30 gün ərzində ailələrinə qaytarılmasına qərar verib. 

Bu məhkəmə hakiminin qərarı elə bir haldadır ki, ABŞ-ın 17 ştatı miqrant ailələri ədalətsiz və qeyri-qanuni şəkildə ayırdığına görə, Donald Tramp hökumətindən şikayət edib. 

Bu məlumata görə, may ayından 2300-dən çox uşaq miqrant valideynlərindən ayrılıb. 

Teqlər