İyul 05, 2018 22:07 Asia/Baku
  • Rəy sorğusu: ABŞ vətəndaşlarının yarısı Trampı rasist adlandırır

Yeni rəy sorğusunun nəticəsinə görə, ABŞ vətəndaşlarının təxminən yarısı ölkə prezidentini rasist şəxs adlandırır.

CNN xəbər televiziyasının məlumatına görə, ABŞ-da Kevinipiak Universitetinin yeni rəy sorğusu amerikalıların 49%-nin prezident Donald Trampın rasist şəxs olduğu qənaətinə gəldiyini göstərir. 

ABŞ prezidenti bundan öncə Meksikanı təcavüzkar və saxtakar şəxsləri ABŞ-a göndərməkdə suçlamışdı. Həmçinin 2017-ci ildə Virciniya ştatının Şarlotsvil şəhərində ağdərili irqçilərin toplantısını dəstəkləmişdi. 

Tramp həmçinin qaradərili amerikalı konqresmen Meksin Uatersi çox aşağı əmsallı şəxs adlandırmışdı. 

Tramp davamlı şəkildə ABŞ vətəndaşlarının yarısının irqçi adlandırdıqları rəy sorğularını rədd edir, üstəlik şişirdilmiş söhbətlərində özünü dünyada rasist emosiyalarında ən aşağı səviyyəli şəxs adlandırır. 

Teqlər