İyul 06, 2018 10:13 Asia/Baku
  • Almaniya və Macarıstan arasında immiqrant problemi
    Almaniya və Macarıstan arasında immiqrant problemi

Almaniya kansleri immiqrantların qəbulu ilə bağlı Macarıstanın baş naziri ilə fikir ayrılığının olmasından xəbər verib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel cümə axşamı Macarıstanın baş naziri Viktor Urban ilə immiqrantlar məsələsində fikir ayrılığının olmasından xəbər verib. 

Merkel Berlində Macarıstanın baş naziri ilə görüşdükdən sonra deyib: Avropa Birliyinin sərhədlərini qorumaq istəyirik. Amma, bu, sərhədlərə divar hörərək olmaz. 

AB ölkələri başçıları 29 iyun 2018-ci il tarixində Brüssel sammitinin sonunda mühacir böhranı ilə bağlı bir anlaşmaya nail olublar. Bu anlaşmaya əsasən Afrikanın Şimalında mühacirləri qəbul edəcək mərkəzlər yaradılmalı və Aralıq dənizində xilas edilən immiqrantlar bu ölkələrə qaytarılmalıdır. 

Şərqi Avropa ölkələri qeyri-qanuni mühacirləri qəbul etməkdən imtina edirlər. Halbuki, Qərbi Avropa ölkələri bölgü əsasənda AB-yə üzv ölkələrin immiqrantları qəbul etməsini istəyirlər. 

Teqlər