Rusiya: İngiltərə fitnələrə son qoymalıdır
Rusiya Xarici İşlər Naziriyinin sözçüsü deyib: İngiltərə hökuməti və nümayəndələri Rusiya qarşısındakı rəftarlarına görə üzr istəməlidirlər.
London hökumətinin İngiltərəli bir ər və arvadın "novitçok" adlı zəhərli qazdan zəhərlənməsi ilə bağlı izahat istəməsi və birgə araşdırmanın aparılmasını təklif etməsinin ardınca, Rusiya İngiltərədən üzr istəməsini istəyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlərə deyib: Avropalıların təhlükəsizliyi adına biz İngiltərənin baş naziri Tereza Meydən öz fitnəkarlıqlarına və zəhərli maddələrlə oyunlarına son qoymasını və birgə araşdırmaların aparılması yolunda maneə törətməməsini istəyirik. Tereza Mey və onun nümayəndələri dünya ictimaiyyəti qarşısında Rusiya əleyhinə etdiklərinə görə üzr istəməlidir. Bu, gec də olsa baş verəcək. Amma, bu bir gün olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İngiltərənin təhlükəsizlik qüvvələrindən, bəzi qüvvələrin Londonda başlatdıqları zəhərli oyunun təsiri altına düşməmələrini və bu xüsusda araşdırmaların aparılmasında Rusiyanın təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq etmələrini istəyib və deyib: Hazırda önəmli olan məsələ geiş səviyyədə araşdırmalara başlamaqdır.
Zaxarova həmçinin, London hökumətinin Kimyəvi Silahlara Qadağa Təşkilatını aldatmağa çalışmasını qınayaraq, deyib: Btiraniya Rusiyanın bu məsələdə rola malik olmasına dair hansısa fakt təqdim etməyib.