İstilər Kanadada 54 nəfərin həyatına son qoyub
https://azeri.sahartv.ir/news/dünya-i316661-İstilər_kanadada_54_nəfərin_həyatına_son_qoyub
Kanadanın Kvebek ştatında kəskin istilər 54 nəfərin həyatına son qoyub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2018 03:44 Asia/Baku
  • İstilər Kanadada 54 nəfərin həyatına son qoyub
    İstilər Kanadada 54 nəfərin həyatına son qoyub

Kanadanın Kvebek ştatında kəskin istilər 54 nəfərin həyatına son qoyub.

Kvebek ştatının rəsmiləri bildiriblər ki, bu şəxslərin 28 nəfəri ştatın mərkəzi olan Monreal şəhərində həyatını itirib.

Kvebek ştatının səhiyyə nazirliyi ümid etdiyini bildirib ki, hidrometeorologiya təşkilatının məlumatına əsasən, qarşıdakı saatlarda havanın hərarəti adi hala qayıdacaq.

Kanadanın cənubundakı Ontario şəhərində kəskin istilərə rəğmən, indiyədək günvurma nəticəsində bir kəsin həyatını itirməsi barədə bir məlumat yayılmayıbdır.

2010-cu ildə də yüz kanadalı Monreal şəhərində günvurma nəticəsində həyatını itirmişdi.