İyul 08, 2018 19:13 Asia/Baku
  • Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik tədbirləri gücləndirilib

Kütləvi İnformasiya Vasitələri Hindistanın nəzarətində olan Kəşmirdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, Hindistan təhlükəsizlik qüvvələri bazar günü Kəşmirin əl-Mücahidin partiyasının rəhbəri Bürhan Müzəffər Vainin həlak olmasının ikinci ildönümündə gediş-gəlişlərə məhdudiyyət tətbiq ediblər.

Bu arada Hindistan hökuməti bazar günü Kəşmirin Gülkam bölgəsində üç kəşmirlinin qətlə yetirilməsindən sonra etiraz aksiyalarının qarşısını almaq üçün mobil telefonların internet xidmətlərini dayandırıb.

Hindistan hərbçiləri ötən gün Kəşmirdə etirazçılara doğru atəş açaraq üçn nəfəri qətlə yetirib, beş nəfəri də yaralayıblar.

Bu aksiya Kəşmirin əl-Mücahidin partiyasının rəhbəri Bürhan Vaninin həlak olmasının ikinci ildönümü münasibəti ilə keçirilmişdi.

Bu arada Kütləvi İnformasiya Vasitələri Hindistanın nəzarətində olan Kəşmirdə ictimai tətil aksiyalarının keçirildiyini bildiriblər.

Hindistanın nəzarətində olan Kəşmirin vəziyəti 2016-cı il 8 iyulda əl-Mücahidin partiyasının rəhbəri Bürhan Müzəffər Vaininin hindistanlı məmurlar tərəfindən terror edilməsi ilə gərginləşib. Bu müddət ərzində Hindistan təhlükəsizlik qüvvələri kəşmirlilərə hücumlar edərək yüzlərlə nəfəri qətlə yetirib, minlərlə nəfəri yaralayıb və həbs ediblər.

Teqlər