İyul 09, 2018 14:50 Asia/Baku
  • Trampın çeynənmiş iddiası
    Trampın çeynənmiş iddiası

ABŞ prezidenti bir twitter mesajında bundan öncə İranın sürətli qayıqlarının amerikalı gəmilərin ətrafında patrul çəkməkdən çəkinmələri haqda irəli sürdüyü iddianı bir daha təkrar edibdir.

Amerika prezidenti Donald Tramp bu twitter mesajında İranın dəniz qüvvələrinin Fars Körfəzində amerikalı gəmilərin ətrafında patrul çəkmələrinə işarə edib.

Tramp bu məqsədyönlü mesajında iddia edibdir ki, Fars Körfəzindəki iranlı qüvvələr 2015-ci ildə 22, 2016-cı ildə 36, 2017-ci ildə də 14 dəfə Amerikanın hərbi gəmiləri ilə qarşıdurmaya malik olublar.

O, həmçinin iddia edibdir ki, bu ədəd 2018-ci ildə sıfıra enibdir.

Trampın bu iddiası elə bir haldadır ki, İran İslam Respublikası Ordusunun, həmçinin Sepah-ın dəniz qüvvələri dəfələrlə xəbərdarlıq ediblər ki, qüdrətlə İran İslam Respublikasının ölkə sularına qarşı hər cür qanunsuz girişin qarşısını alacaqlar.

Teqlər