BMT: 2017-ci ildə 1316 yəmənli uşaq öldürülüb və ya bədən üzvünü itiribdir
-
BMT: 2017-ci ildə 1316 yəmənli uşaq öldürülüb və ya bədən üzvünü itiribdir
BMT dünən bir hesabatda bildirib ki, 2017-ci ildə səud rejiminin hücumlarında 1316 yəmənli uşaq öldürülüb və ya bədən üzvünü itiribdir.
BMT-nin uşaq fondu YUNİSEF(UNICEF) də son zamanlar bir hesabatda bildiribdir ki, beş mindən çox yəmənli uşaq Ərəbistanın Yəmənə qarşı hücumu başlanandan bəri öldürülüb və ya bədən üzvünü itiribdir.
Yəməndə təqribən on bir milyon uşaq yaşayır ki, onların təqribən hamısı humanitar yardımlara ehtiyaclıdır.
Ərəbistan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır.
Ərəbistan ilə müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 14 mindən çox yəmənlinin həyatını itirməsinə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla nəfərin didərgin düşməsinə bais olubdur.
Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin qida maddələri və dərman preparatları çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.