İyul 11, 2018 19:32 Asia/Baku
  • Merkel Trampın cavabını verdi
    Merkel Trampın cavabını verdi

Almaniya kansleri ABŞ prezidentinin Berlinə qarşı söz hücumlarına reaksiyada vurğulayıb ki, Almaniyanın siyasət və qərarları müstəqildir.

ABŞ prezidenti Donald Tramp bu gün NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə Almaniyanı Rusiyanın əsiri adlandırmış və demişdi ki, Almaniya tam şəkildə Rusiya tərəfindən istiqamətləndirilir; buna görə, düz deyil ki, NATO Berlini müdafiə etsin; özü də elə bir halda ki, Almaniya enerji qarşılığında Rusiyaya milyardlarla dollar pul ödəyir.

Tramp deyir ki, Almaniya bu hərəkətlə Rusiyanı varlandırır.

Almaniya 2016-cı ildə öz neftinin təqribən qırx faizini Rusiyadan idxal edibdir ki, bu da təqribən 36 miilyon tona bərabərdir.

Amerika ilə NATO-ya üzv digər ölkələr arasındakı ixtilaflar bu təşkilatın Brüsseldə keçirilən otuzuncu sammitinə kölgə salıbdır.

NATO sammiti bu gün Brüsseldə keçirilir.

Teqlər