Tramp müdafiə xərclərini artırması üçün NATO-nu təzyiq altında qoydu
Donald Tramp deyib ki, onun səyləri NATO ölkələrini daha artıq iştiraka vadar etdi, amma hələ də bu addımlar amerikalı vergiverənlərin çiyinlərindəki təzyiqlərin azalması üçün yetərli olmayıbdır.
Tramp Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə müzakirələrinin əvvəlində deyib: Mənə görə, NATO-ya üzv ölkələr NATO-ya qırx milyard dollar artıq kömək təqdim etdilər, amma bu, yetərli olmayıbdır.
O, sonra deyib: Amma Amerika daha çox pul ödəyir və digər ölkələr, xüsusən onların bəziləri yetərincə payı ödəmirlər.
O, qeyd edib ki, Almaniya Moskva ilə "Nord Stream" qaz boru kəməri müqaviləsinə görə, tamamilə Rusiyanın ixtiyarı altındadır və bu müqavilə "qeyri-münasib"dir. Almaniyanın bu müqavilə nəticəsində hər il Rusiyaya milyardlarla dollar ödəməli olması narahatedicidir-deyə, Tramp bildirib.
O, əlavə edib: Amerika isə Fransa, Almaniya və NATO-nn bütün üzvlərini himayə etmək üçün iri xərclər çəkir, halbuki Almaniya varlı ölkədir və müdafiə xərcini təcili surətdə və ya elə günü sabah heç bir problem olmadan artıra bilər.