İyul 13, 2018 08:59 Asia/Baku
  • Tramp Londonda xalq etirazları ilə qarşılaşdı
    Tramp Londonda xalq etirazları ilə qarşılaşdı

ABŞ prezidenti Donald Tramp cümə axşamı 4 günlük rəsmi səfər çərçivəsində Londona daxil olub və britaniyalıların geniş etirazları ilə üzləşib.

İRNA-nın məlumatına görə, aksiya iştirakçıları Donald Trampın Londonun Stansted hava limanına daxil olması ilə bir vaxtda hava limanının qarşısında piket təşkil edərək, ona qarşı şüarlar veriblər. 

Bir qrup narazı insan da baş nazirlik ofisi önündə aksiya keçirib. 

ABŞ-ın Britaniyadakı səfirinin iqamətgahı önündə də piket təşkil edilib və ABŞ prezidentinə qarşı şüarlar səsləndirilib. 

Aksiya iştirakçıları "Tramp xoş gəlməyib", "Trampa yox, irqçiliyə yox" şüarları səsləndiriblər. 

ABŞ prezidenti cümə günü Britaniyanın baş naziri və Britaniya kraliçası ilə görüşməlidir. Görüşlərin, xalq etirazlarına görə, Londondan kənarda keçirilməsi planlaşdırılır. 

Teqlər