İyul 13, 2018 20:01 Asia/Baku
  • Kəşmirdə ümumi tətillər
    Kəşmirdə ümumi tətillər

Hindistanın nəzarəti altında olan Kəşmirin sakinləri bu gün cümə, 1931-ci ildə Kəşmir müsəlmanlarının Hindistan ordusu tərəfindən qırğın edilməsinə etiraz olaraq, tətil aksiyası keçiriblər.

İranın Teleradio Təşkilatının sərhədaşırı yayım xidmətinin Ordu dilində verilişlər yayımlayan kanalının məlumatına görə, bu ümumi tətil aksiyası Kəşmirin Azadlığı Konfransının başçıları Seyid Əli Şah Gilani, Məhəmməd Yasin Məlik və Mir Vaiz Ömər Faruğun dəvəti əsasında keçirilib.

Bu çağırışın ardınca bu gün cümə Hindistanın nəzarəti altında olan Kəşmirdə bütün dükanlar, ticarət mərkəzləri, bazarlar habelə, təhsil ocaqları və məktəblər öz fəaliyyətini dayandırıb.

13 iyul 1931-ci ildə Hindistan ordusunun Kəşmir vilayətinin mərkəzi olan Sringer şəhərində müsəlman əhaliyə divan tutaraq, 21 insanı qətlə yetirmişdi.

Bu gün cümə Kəşmir əhalisi Hindistan ordusunun bu cinayətinin 87-ci ildönümünü qeyd edib.

Hindistan dövləti uzun illərdir ki, əhalisi müsəlman olan Kəşmirə qoşun yeridərək, Kəşmirin bəzi məntəqələrini öz nəzarəti altında saxlayır. Ötən 30 ildə Kəşmir müsəlmanlarının azadlıq uğrunda mübarizələrini amansız şəkildə repressiya edən  Hindistan ordusu 70 minə yaxın insanı qırğın edib.

Kəşmir əhalisi BMT-nin Təhlükəsizlik Şurasının Kəşmirin taleyinə aydınlıq gətirmək üçün referendumun keçirilməsinə dair qətnaməsinin icra olunmasını istəyir.

Teqlər