Fransanın maliyyə naziri: Avropa ABŞ-ın sanksiyalrı ilə bağlı ciddi ölçülər götürməlidir
-
Fransanın maliyyə naziri: Avropa ABŞ-ın sanksiyalrı ilə bağlı ciddi ölçülər götürməlidir
Fransanın maliyyə naziri Avropa ölkələrinin bu ölkələrin iqtisadi hakimiyyətlərinin müdafiəsi üçün ABŞ-ın sanksiyalrı ilə bağlı ciddi ölçülər götürmələrini istəyibdir.
Bruno Le Mer "Le Fiqaro" qəzetilə müsahibəsində deyib: Avropa ABŞ-ın siyasətləri qarşısında öz iqtisadi hakimiyyətini himayə və özünü müdafiə etmək üçün lazımi vasitələr yaratmaq və təcili tədbirlər görməyə ehtiyac duyur.
Fransanın maliyyə naziri qeyd edib ki, fransız şirkətlər, o sıradan Total, Reno və Pejo şirkətləri İran bazarına ehtiyac duyurlar.
Bruno Le Merin sözlərinə görə, o, ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə söhbətdə avropalı şirkətlərin İranda fəaliyyətə ehtiyac duymaları mövzusunu irəli sürübdür.
ABŞ-ın dövlət katibi Mayk Pompeo və Amerikanın xəzinədarlıq naziri Stiven Mnuçin öz avropalı həmkarlarına məktub ünvanlayaraq, bildiriblər ki, İrana misli görünməmiş təzyiq göstərmək ardınca olduqlarına görə, sanksiya güzəştləri verməkdən çəkinəcəklər.
İranın beş üstəgəl bir qrupu ilə nüvə anlaşması 2016-cı ilin yanvarından qüvvəyə mindi, amma ABŞ dövləti bu anlaşmanın icra edilməsinin elə ilk günlərindən onun icrası yolunda sabotajlara başladı.
Donald Tramp 2018-ci il mayın səkkizində İrana qarşı əsassız ittihamları təkrar edərək, Vaşinqtonun nüvə anlaşmasından çıxdığını elan etdi.